Dekabrın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor Şamil Mahmudbəyovun 1996-cı ildə çəkdiyi, lakin istehsalı rejissorun ölümündən sonra, 2010-cu ildə dövlət sifarişi ilə “Yeni dalğa” prodüser mərkəzində tamamlanmış “Adam” qısametrajlı bədii filminin təqdimatı keçiriləcək.
   Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından bəhs edir.
   Filmin ssenari müəllifləri Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı, quruluşçu operatoru Nizami Abbas, prodüseri Rasim Həsənovdur. Rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov və başqaları ifa edirlər.