Mövcud sifariş və tələbatları nəzərə alaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən yeni metodiki vəsaitlər hazırlanıb. Müxtəlif mövzuları əhatə edən doqquz metodiki vəsait çapdan çıxıb: “Heydər Əliyev mərkəzlərində azərbaycançılıq ideologiyasının təbliği yollarına dair” metodiki tövsiyə (müəllif Pərvanə Hüseynova); “Mədəniyyət müəssisələrində internet və internet brauzerlərindən istifadə qaydaları” adlı tövsiyə (Toğrul Hidayətzadə); “Muzey əməkdaşlarının vəzifə öhdəliklərinə dair təlimat” (Pakizə Almazova); “Xalq teatrlarında tamaşanın hazırlanması prosesi” adlı metodiki tövsiyə (İlahəxanım Qurbanova); “Kamança ixtisasının tədrisinə dair” adlı metodiki tövsiyə (Leyla Rzayeva və Mehriban Əliyeva); “Xanəndəlik ixtisası üzrə proqram” (Rauf İmanov və Zəbulla Quliyev); “Saksafon sinfi üçün tədris metodikası və proqram” (Rauf İmanov və Fariz Məmmədzadə); “Aşıq sənətinin tədrisi və metodikasına dair” metodiki tövsiyə (Etibar Nadiroğlu) “Özfəaliyyət teatrında həvəskar aktyorlarla rejissor işi” (Abdurahman Əmirxanov).
Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub. Bütün vəsaitlərlə mərkəzin saytında (www.memm.az) tanış olmaq olar.