Türkiyədə keçirilən “Hak-iş” Beynəlxalq qısametajlı film yarışmasında azərbaycanlı rejissor Amil Məmiyevin “Qara bağ” filmi “Ən yaxşı film” nominasiyasının qalibi olub. Eyni zamanda, filmin baş qəhrəmanı Elxan Abbasov festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.
   Müsabiqənin yekun mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.
   Qeyd edək ki, “Qara bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbər Cəmil Quliyev, icraçı prodüser Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.