2017-ci ildə beynəlxalq turistlərin sayı 1,2 milyarda çatıb. 2030-cu ildə isə onların sayı 1,8 milyarda qədər artacaq. Belə sürətli artım fəlakətə də gətirib çıxara bilər, yeni imkanlar da yarada bilər.
Bu fikri Dünya Turizm Təşkilatının baş katibi vəzifəsini tərk etməyə hazırlaşan Taleb Rifai ifadə edib. Onun sözlərinə görə, bəzən ikinci dərəcəli məsələ kimi yanaşılan turizm əslində bir çox ölkələr üçün iqtisadi inkişafın hərəkətverici qüvvəsidir.
Eyni zamanda həddən artıq turist axını ətraf mühitə tez-tez zərər vurur, infrastrukturun hədsiz yüklənməsinə gətirib çıxarır, səyahətçiləri cəlb edən mədəni-tarixi dəyərlərə təhlükə yaradır. T.Rifainin sözlərinə görə, turizmin genişlənməsini bəşəriyyətin faydasına yönəltmək və onun mənfi təsirlərinin nəticələrini minimuma endirmək lazımdır.