Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. Yerli medianın məlumatına görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.
Qeyd edilib ki, elektron viza sistemi dünyanın müxtəlif ölkələrində tətbiq olunur və müsbət nəticələrini verir. Azərbaycan və Gürcüstanın təcrübəsi Özbəkistana daha çox uyğundur.
Xatırladaq ki, Azərbaycan Prezidentinin fərmanı ilə 2016-cı il iyunun 1-dən ölkədə “ASAN Viza” sistemi tətbiq olunur.