2018-ci il mayın 8-dən 19-dək keçiriləcək 71-ci Kann Beynəlxalq Film Festivalının münsiflər heyətinə avstraliyalı aktrisa Keyt (Ketrin) Blanşet sədrlik edəcək. Keyt Blanşet Kann kinofestivalının münsiflər heyətinin 12-ci qadın sədri olacaq.
1969-cu ildə anadan olan Keyt Blanşet 2005-ci ildə (“Aviator” filmi, ikinci planda ən yaxşı qadın rolu) və 2014-cü ildə (“Jasmin” filmi, ən yaxşı qadın rolu) “Oskar” mükafatına layiq görülüb. Aktrisa həmçinin bir neçə dəfə BAFTA (Britaniya Kino və Televiziya Sənətləri Akademiyası) və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.
İlona