Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic” kino jurnalının bu ilin yanvar ayı üzrə “Ən yaxşı bədii film” (“Cult critic movie awards”) mükafatına layiq görülüb. Bu barədə filmin rejissoru məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlar qazanıb. Ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.