Yanvarın 17-də 35 il fasilədən sonra Səudiyyə Ərəbistanında ilk dəfə kütləvi film nümayiş olunub. İlk dəfə yerli əhaliyə Amerika istehsalı olan “Emoji” animasiya filmi göstərilib. 
   Sakinlər bildiriblər ki, bu onlar üçün bir yenilikdir və onlar digər janrlarda da filmləri izləmək arzusundadırlar. 
   Qeyd edək ki, mart ayından krallıqda kinozalların açılışı nəzərdə tutulub. 1980-ci ildən ölkədə film nümayişi qadağan edilmişdi. İmkanı olanlar isə film izləmək üçün qonşu Bəhreynə üz tuturdular. Krallıqda həyat dəyişir və filmlərin nümayişinə icazə verilsə də, mənəvi-əxlaqi dəyərlər nəzarətdə saxlanılır. Bu səbəbdən də nümayiş olunacaq bütün filmlər senzuradan keçməlidir. 
   
   Lalə