Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərində İslam mədəniyyəti festivalı keçirilib. Festival çərçivəsində müsəlman rəssam, heykəltəraş və memarların əsərlərindən ibarət sərgi açılıb.
Ekspozisiyalar İncəsənət Muzeyi, Maraya İncəsənət Mərkəzi, “CalligraphySquare” bədii qalereyası, Əl Məcaz amfiteatrı və Xəttatlıq Muzeyində təqdim edilib.
Şarcə Əmirliyi Mədəniyyət departamentinin təşəbbüsü ilə artıq 20-ci dəfə keçirilən festivalın məqsədi şəhər sakinləri və qonaqlarını İslam mədəniyyəti və incəsənəti ilə tanış etməkdir, bu səbəbdən bütün ekspozisiyalara giriş pulsuzdur.
Sərgiyə gələnlər şüşə, dəri, plastika, metal, dekorativ kağız və akril qatranından düzəldilmiş gözəl sənət əsərləri ilə tanış olublar.
Qeyd olunur ki, bu il sərgilər əvvəlki illərdən daha çox populyardır, xüsusilə turistləri cəlb edir.