Bakıdakı Xətai Sənət Mərkəzi “İstedad sorağında-3” adlı rəsm müsabiqəsi elan edib. Sənət mərkəzindən məlumat verilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilir. 
   “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşdırılan müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır. 
   16-29 yaş arası gənclərin qatılacağı müsabiqədə iştirak etmək istəyənlər əsərlərini aprelin 30-dək xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.