Azərbaycanda Frankofoniya həftələri loqosunun vizual tərtibatı üzrə “Mənə bir loqo çək!” adlı müsabiqə elan edilib.
   Müsabiqəni növbəti Frankofoniya həftələri (1-14 aprel 2018) münasibətilə Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya və İsveçrənin ölkəmizdəki səfirlikləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu təşkil edib.
   İştirak etmək istəyənlər fevralın 25-dək təkliflərini francophonie@ifa.az elektron ünvanına göndərə bilərlər.
   Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 ölkədən (58 üzv və 26 müşahidəçi) ibarətdir.