Azərbaycanlı rejissor Murad Abiyevin “Dəniz suyu içən it” filmi Rusiyanın Kazan şəhərində keçirilən “ZILANT” beynəlxalq kinofestivalında (“Qısametrajlı filmlər” bölümü) “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Filmi festivalda ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib. 
   “Nərimanfilm” studiyasında çəkilən “Dəniz suyu içən it” qısametrajlı filmi sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü yaşayan qadın kimsənin olmadığı çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.