Kann film festivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin “Yaşar” kinolayihəsi də yer alıb. “Yaşar” rejissorun üçüncü tammetrajlı film layihəsidir.
Qeyd edək ki, “L’atelier” proqramı Kann beynəlxalq kinofestivalının tərkibində 2005-ci ildə bu sahədə yeni nəsil yaradıcı insanların üzə çıxarılması məqsədilə təsis olunub. Proqrama seçilən layihələr Kann film festivalı üçün xüsusi əhəmiyyət daşıyır.
“Çəkilməmiş film üçün bu proqramda yer almaq ən yüksək beynəlxalq hədəfdir”, - deyə “Yaşar” kinolayihəsinin prodüseri Teymur Hacıyev bildirib.