Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler festivalının promo çarxı təqdim olunub.
   Festivalın məqsədi kitab və mütaliənin təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Layihənin müəllifi kinoaktyor, prodüser Ruslan Sabirlidir.
   Çarxın rejissoru və dublyaj Ruslan Sabirliyə, qrafika işi Tariyel Bağırzadəyə, səs yazılışı Azər Hacıəskərliyə məxsusdur.
   Festivalda ilk üç yerin qaliblərinə uyğun olaraq 1000, 800 və 500 manat pul mükafatı veriləcək.
   Son müraciət tarixi: 8 aprel. Suallarla bağlı festival2018@booktrailer.az e-mailinə müraciət etmək olar.