Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq.
   Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
   Sərgidə milli kinomuzun müxtəlif dövrlərini əhatə edən filmlərin afişaları nümayiş olunacaq.