Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 30 mart tarixində Nizami Kino Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan 1918-ci il soyqırımının 100 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Tədbirdə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs edən, rejissorlar Ələkbər Muradovun “Yaddaşın rəmzi. Quba-1918” və Zamin Məmmədovun “Xocalının zamini” sənədli filmləri nümayiş olunacaq.