Buktreyler festivalına müraciət üçün son tarix 8 apreldir
   
   Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Azercell” və “Libraff” şirkətlərinin dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı 3-cü Buktreyler festivalına işlərin qəbulu aprelin 8-də başa çatacaq.
   Layihənin məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, yerli gənc yazarlara dəstək, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.
   Buktreylerinizi www.wetransfer.com saytında qeydiyyatdan keçərək festival2018@booktrailer.az ünvanına göndərmək lazımdır.
   Festivalın qaliblərini pul mükafatları (I, II və III yerlər üzrə müvafiq olaraq 1000, 800 və 500 manat) gözləyir.