Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.
   Universitetin Heydər Əliyev lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı məruzə edib. O, 1918-ci ildə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsinin bir millətə qarşı soyqırımı olduğunu bildirib. 
   ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva universitet tələbələrinə vətən tarixini dərindən öyrənib, xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə vətəndaş mövqeyi nümayiş etdirməyi tövsiyə edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq ali təhsil müəssisəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, eləcə də tariximizin qan yaddaşı olan 1918-ci il soyqırımına həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
   Tədbir “Tarixin görünən və görünməyən üzü” adlı sənədli filmin nümayişi ilə başa çatıb.