“Esquire” jurnalının reytinqinə görə 
   
   ABŞ-ın populyar kişi jurnalı “Esquire” 2018-ci ilin ilk dörd ayı üçün ən yaxşı filmlərin siyahısını açıqlayıb. Kino ekspertlərin rəyinə görə, Natali Portman və Aleks Harlendin baş rolda çəkildiyi “Annihilasiya” (“Annihilation”) adlı elmi-fantastik dram siyahıda birinci pillədə qərarlaşıb. Filmdə Portman anomal zonaya ekspedisiyaya rəhbərlik edən alim rolunu ifa edib.
   İkinci pillədə “Sən heç vaxt burada olmamısan” adlı triller yer alıb. Filmdə baş rolları Xoakin Feniks və Linn Remsi ifa edib. Üçüncü pillədə isə baş rolları Rassel Harbo və Endi Makdauellin oynadığı “Ard-arda məhəbbət” romantik melodramı yer alıb.
   «Annihilasiya» filminin dünya premyerası fevralın 23-də olub. Tənqidçilərin filmə yüksək qiymət verməsinə baxmayaraq, ekran əsərinin prokatından hələ 40 milyon dollarlıq çəkiliş xərcini çıxarmaq mümkün olmayıb. “Esquire”nin ilk onluğuna həmçinin “24 kadr” adlı sənədli film, “Paddinqtonun sərgüzəştləri 2”, “Qara pantera”, “Paranormal hal”, “Sevimli ölkə”, “İtlər adası” və “Noyabr” filmləri daxil olub.
   Qeyd edək ki, “Esquire” jurnalı 1933-cü ildə ABŞ-da "uğurlu centlmenlər" üçün təsis edilib. Əsasən mədəniyyət və incəsənət, moda və stil, biznes və siyasət, texnologiya və avtomobil, qida və sağlamlıq kimi mövzulara yer verir.
   Jurnal 30-dək ölkədə nəşr olunur.
   
   İlona