Aprelin 22-dən 25-dək “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Alman uşaq film festivalı keçiriləcək.
   Festival Alman Dili Tədrisi Mərkəzi və “Goethe - Zentrum Baku”nun birgə layihəsi çərçivəsində reallaşacaq.
   Festivalda filmlər müxtəlif saatlarda və alman dilində nümayiş olunacaq.