Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Arşın mal alan” filminin bərpa olunmuş və rənglənmiş versiyasının Monteneqro dilində təqdimatı keçirilib.
   Tədbirdə Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər. 
   Məlumat verilib ki, “Arşın mal alan” filmi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı eyniadlı operetta əsasında 1945-ci ildə ağ-qara formatda çəkilib. Ekran işi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ildə operettanın 100 illiyi münasibətilə Hollivudda rəngli versiyada bərpa edilib. 
   Sonra ekran əsəri nümayiş olunub və böyük maraqla izlənilib.