Mayın 1-də Bakıda “British Council Azerbaijan”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Britaniya filmlərinin nümayişi başlayıb.
   Sayca dördüncü “Britaniya Film Baharı” festivalı “British Council” təşkilatının ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilib. 
   Festivalın proqramına 8 ekran əsəri - "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House) filmləri daxildir.
   Bütün filmlər ingilis dilində, Nəfəs al”, “Dafna” və “İngiltərə mənimdir” filmləri həm də Azərbaycan dilində alt yazılarla təqdim ediləcək. 
   Festivalın açılışı günü rejissor Endi Serkisin “Nəfəs al” filmi göstərilib.