Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq
   
   Mayın 4-də Nizami Kino Mərkəzində görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.
   Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında istehsal olunub. Tammetrajlı sənədli filmin rejissoru Rauf Məmmədovdur.