İranda ənənəvi Beynəlxalq Fəcr Film Festivalı (Fajr International Film Festival) keçirilib. 19-27 aprel tarixində Tehran şəhərində gerçəkləşən festivalın münsiflər heyəti əsas mükafatı («Ən yaxşı film» nominasiyası) bolqarıstanlı rejissor Milko Lazarovun «Aqa» filminə verib. Film Yakutiyada rusiaylı aktyorların iştirakı ilə çəkilib. 
   Festivalda Rusiyadan iki film də mükafat qazanıb. «Ən yaxşı rejissor» nominasiyasında mükafata «Dovlatov» filmi (rejissor Aleksey (oğul) German) layiq görülüb. Film beynəlxalq proqramda təqdim olunub. 
   Münsiflər «Ən yaxşı qısametrajlı film» nominasiyasında Tatyana Fedorovskayanın rejissoru olduğu «İnam» filmini mükafatlandırıblar.
   Qeyd edək ki, 1982-ci ildə təsis edilən Fəcr Beynəlxalq Film Festivalı Yaxın Şərqin ən qocaman kinofestivallarından biridir. 1995-ci ildən etibarən festivalın proqramına xarici filmlər daxil olduqdan sonra layihə beynəlxalq status alıb. Kinofestivalın rəmzi mifik Simurq quşudur. Mükafat beynəlxalq və milli kateqoriyalar üzrə təqdim olunur. 
   
   İlona