Prezident İlham Əliyev mayın 9-da mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncama əsasən, Cəfərov Cavanşir Xəlil oğlu, Nikuşina Aleksandra Konstantinovna, Novruz Ramiz Qəvvam oğlu, Şəfiyeva Gülçöhrə Məmməd qızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
   Dövlət başçısı həmçinin incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Səhnə fəaliyyəti ilə bağlı ümumilikdə 150 nəfər (siyahısı qəzetin 4-cü səhifəsində) incəsənət xadimi Prezident mükafatına layiq görülüb.