Mayın 10-da ölkə ictimaiyyətinin nümayəndələri, müxtəlif idarə və təşkilatların kollektivləri Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin kollektivi də Fəxri xiyabana gələrək Azərbaycan mədəniyyətinin qorunması və inkişafına böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ulu öndərin məzarı önünə tər gül dəstələri qoyulub.
Anım mərasimində respublikamızın mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların, teatr-konsert müəssisələrinin, muzey, kitabxana və digər mədəniyyət ocaqlarının nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.