Mayın 10-da M.S.Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 
   Tədbirdə Ordubadinin xatirə muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı ulu öndərin mədəniyyətimizə göstərdiyi qayğıdan söz açıblar.
   “Aytam”ın dərnək üzvlərinin, Dövlət İdarəçilik Akademiyası, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tələbələrinin, 45 saylı orta məktəbin şagirdlərinin ifalarında ədəbi-musiqili kompozisiya təqdim olunub.
   
   Lalə