Mayın 8-də Fransanın Kann şəhərində növbəti film festivalının açılışı keçirilib. Kino dünyasının ən nüfuzlu müsabiqəsi sayılan Kann film festivalı 71-ci dəfə keçirilir. Mayın 19-dək davam edəcək festivalın əsas müsabiqə proqramında filmləri avstraliyalı aktrisa Keyt Blanşettin rəhbərliyi ilə münsiflər heyəti qiymətləndirəcək.
   Təntənəli açılış mərasiminə Culianna Mur, Benisio del Toro, Penelopa Krus və başqa ulduzlar qatılıblar.
   Festivalın ilk günü iranlı rejissor Əsgər Fərhadinin “Hamı bilir” filmi nümayiş olunub.
   İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır. “Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur...
   
   İlona