İyunun 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel" baletinin tamaşası keçiriləcək. 
   Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. D.Soares Braziliya balet məktəbinin yetirməsidir.
   Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.