“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar milli-mədəni irsin gənclər arasında təbliği məqsədilə "Pir Hüseyn xanəgahı" tarix-memarlıq qoruğunun əməkdaşları tərəfindən Hacıqabul rayon məktəblərində tanıtım layihəsi həyata keçirilir.
Layihəyə rayonun Qubalı Baloğlan kənd orta məktəbində start verilib. Tarix-memarlıq qoruğunun əməkdaşları məktəblilərə qoruğun yaranma tarixi və ərazisində yerləşən tarix-mədəniyyət abidələri haqqında danışıblar.
Şagirdlər xanəgahın tarixi haqqında məlumatı maraqla dinləyiblər.
Qoruq tərəfindən bu cür təbliğat xarakterli maarifləndirici görüşlərin müntəzəm olaraq rayonun digər orta məktəblərində də keçirilməsi planlaşdırılır.