İstanbulun Feriköy məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə ucaldılıb.
Abidə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamına əsasən ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü və SOCAR-ın dəstəyi ilə qoyulub.
Üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi həkk olunan abidədə Feriköy məzarlığında uyuyan Əhməd bəy Ağaoğlu, Əbdüləli bəy Əmircanlı, Baba bəy Behbud, Xəlil bəy Xasməmmədli, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Aran Məməmmədsadiq, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanzadə, Nağı bəy Şeyxzamanlı, Qulamrza bəy Şərifzadənin adları yazılıb.