Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də muzey işi sahəsində çalışan bir qrup şəxsə "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkəmizdə muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib: Axundova Aida Xalıq qızı, Bağırova Qəmər Seyfəddin qızı, Balayeva Təranə Əhməd qızı, Bayramov Rza Rafiq oğlu, Bəkirova Nahidə Ellaz qızı, Əhmədova Tünzalə Həmid qızı, Ələkbərova Səadət Cahangir qızı, Hacıyev Akif Bağır oğlu, İbrahimov Kamil Fərhad oğlu, Orucəliyev Ramil Əli oğlu, Şadlinskaya Xanım Nazim qızı, Tağıyeva Əntiqə Rəhim qızı.