Prezident İlham Əliyevin 21 may 2018-ci il tarixli sərəncamı ilə tanınmış opera müğənnisi Yusif Vilayət oğlu Eyvazova Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Xalq artisti" fəxri adı verilib.
   Dövlət başçısının digər sərəncamı ilə məşhur opera müğənnisi Anna Yuryevna Netrebko (Yusif Eyvazovun həyat yoldaşı) Rusiya Federasiyası ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.