Mayın 23-də Yevlax şəhər Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma" mövzusunda seminar keçiriləcək.
Tədbirdə Gəncə, Bərdə, Kürdəmir, Ağdaş regional mədəniyyət idarələrinin nəzdindəki Mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri iştirak edəcəklər. Tədbir çərçivəsində MEMM tərəfindən hazırlanmış ssenari əsasında tamaşa nümayiş olunacaq.