Mayın 25-26-da “Qala" Dövlət tarix-etnoqrafiya qoruğunda "Qədim el sənətləri" adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.