24-25 may tarixində Bakıda "British Council Azerbaijan" təşkilatı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, Nizami Kino Mərkəzi və "YARAT" Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət xadimləri üçün təlim keçiriləcək.
   "British Council Azerbaijan" təşkilatından verilən məlumata görə, "YARAT"da keçiriləcək treninqi britaniyalı ekspert, "Müstəqil Kino Ofisi"nin nümayəndəsi Cemma Bakli aparacaq.
   Təlimlər "British Council"un "Bərabərlik, müxtəliflik və inklüzivlik", eləcə də Nizami Kino Mərkəzinin "Hər kəs üçün kino" strategiyalarına uyğun olaraq əlil şəxslər üçün daha inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur. C.Bakli, eyni zamanda, kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriyası üçün nəzərdə tutulan proqramlar haqqında danışacaq.