Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi "Kral Vindzor At Şousu"nda möhtəşəm şou proqramına verdikləri töhfəyə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərman, şounun rejissoru, Əməkdar artist Nicat Kazımov isə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunublar.