Bakıdakı Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin 28 may - Respublika Gününə həsr olunmuş hesabat konserti keçirilib.
Öncə məktəbin müəllimi Günel Məlikova 2017-2018-ci dərs ilinin başa çatması, tədris ocağının istedadlı şagirdlərinin respublika və beynəlxalq müsabiqələrdə iştirakından, nailiyyətlərdən danışıb.
Konsertdə məktəbin istedadlı şagirdləri rəngarəng nömrələrlə çıxış ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov məktəbin müəllim və şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və kollektivin ən fəal üzvlərini fəxri fərmanlarla təltif edib.
Qeyd edək ki, Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 191 şagird müxtəlif ixtisaslar üzrə musiqi təhsili alır.