İnklüziv ƏSA teatrı tezliklə yeni premyeranı təqdim edəcək. Teatrın baş meneceri Nicat Qulamın bildirdiyinə görə, kollektiv Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" pyesinin motivləri əsasında "Paris partladı" tamaşasını hazırlayır.
Qeyd edək ki, yarandığı vaxtdan dünya ədəbiyyatının bir neçə nümunəsini səhnələşdirən ƏSA teatrı ilk dəfə yerli dramaturgiyaya müraciət edib. Tamaşanın bədii rəhbəri Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Elşən Əsgərov, multi-media meneceri Elxan Xanəlizadədir.