Mayın 21-də Gürcüstanda Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlı icması öz mədəniyyət nümunələrini təqdim edib.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin aşıq sənəti bölməsinin rəhbəri aşıq Nargilə Mehdiyeva və gənc tarzən Ramin Pirməmmədovun təqdim etdikləri muğam, aşıqlar qrupunun ifasında səslənən xalq folklor nümunələri alqışlarla qarşılanıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları iştirak ediblər.