Azərbaycan Milli İncəsənət Muzeyində "Humay" milli mükafatının növbəti təqdimatı keçirilib.
Mərasimdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev rəhbərlik etdiyi mədəniyyət ocağının da mükafata layiq görülməsinin ikiqat sevinc olduğunu deyərək təşkilatçılara təşəkkürünü bildirib.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Fikrət Babayev, nazirliyin sektor müdiri Azadə Hüseynova çıxış edərək milli və dünya xalqlarının maddi-mənəvi və mədəni irsini qoruyub saxlayan muzeyin təqdirəlayiq fəaliyyətindən söz açıblar.
Qeyd edək ki, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan "Humay" mükafatı hər il tanınmış mədəniyyət xadimlərinə, sənət ocaqlarına, eləcə də idman və televiziya nümayəndələrinə təqdim edilir.