Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov növbəti dəfə beynəlxalq rejissorluq laboratoriyasında iştirak edəcək. Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifaqının Milli teatrlar kabinetinin və Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə mayın 18-dən 23-dək Sankt-Peterburq şəhərində keçiriləcək.
Laboratoriya günləri çərçivəsində həmçinin teatr rejissorlarının konfransı keçiriləcək. Bu il laboratoriyaya Orenburq vilayəti Dövlət Dram Teatrının bədii rəhbəri, Rusiyanın dövlət mükafatı laureatı Rifkat İsrafilov rəhbərlik edəcək.