Azərbaycan Milli Konservatoriyasının böyük zalında tələbələrdən ibarət xorun konserti keçirilib.
Xorun bədii rəhbəri və dirijoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. Konsertdə həmçinin Dilarə Əliyevanın yaradıcısı və rəhbəri olduğu Uşaq xor kapellası, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Şəms" uşaq xoru da iştirak edib.
Azərbaycanın bəstəkar və xalq mahnıları, eləcə də rus və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram zənginliyi və rəngarəngliyi ilə hər kəsin zövqünü oxşayıb.
Konsertin sonunda Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi möhtəşəm konsertə görə Dilarə Əliyevaya və xor kollektivinə minnətdarlığını bildirib, onlara uğurlar arzulayıb.