Növbəti musiqi axşamı Cümhuriyyətin 100 illiyinə həsr edilib
Beynəlxalq Muğam Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə həyata keçirdiyi "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində mayın 22-də təqdim olunan növbəti konsert proqramı Cümhuriyyətin 100 illiyinə həsr edilib.
Konsertdə ADMİU-nun Musiqi sənəti fakültəsi Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrindən ibarət orkestr çıxış edib. Muğam sənəti və estrada sənəti kafedralarının tələbələri xalq çalğı alətləri orkestrinin müşayiəti ilə S.Ələsgərovun "Vətənimdir", V.Adıgözəlovun "Bayram" süitası, T.Quliyevin "Bakı haqqında mahnı", "Canım Bakı", E.Sabitoğlunun "Nə gözəldir Azərbaycan", "Şirin dil", Ə.Tağıyevin "Qal, sənə qurban", Ü.Hacıbəylinin "Cəngi", "Çırpınırdın, Qara dəniz", R.Mirişlinin "Bayram axşamlarında" mahnılarını, "Qarabağ şikəstəsi"ni səsləndiriblər.
Lalə