Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Canlanır hər qarış çöl Sumqayıtda" adlı plener (açıq səma altında etüd) keçirilib. Layihənin məqsədi Sumqayıtda son illər görülən tikinti, abadlıq, quruculuq işlərini gənc rəssamların əsərlərində əks etdirməkdir. 
   Nəsimi adına mədəniyyət və istirahət parkı, Bayraq meydanı, Sumqayıt Dövlət Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Sumqayıt şəhər bulvarı və s. məkanları əhatə edən plenerdə Sumqayıt şəhər Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərinin şagirdləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. 
   Qeyd edək ki, plenerdə çəkilən əsərlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək sənət festivalında nümayiş olunacaq. Qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.