Tarix üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi Cəmil Quliyevin "Qafqaz Arxeoqrafiya Komissiyasının aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi" monoqrafiyası nəşr olunub. 
   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap olunan kitabda müəllif 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri zamanı tarixi Azərbaycan torpaqlarının İran və Çar Rusiyası arasında ikiyə bölünməsini faktlarla diqqətə çatdırır.
   Kitabın redaktoru və ön söz müəllifi Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovdur. 
   
   Zəfər Orucoğlu
   Azərbaycan Jurnalistlər Birliyinin üzvü