Mayın 23-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Kürdəmir rayon Mərkəzi kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirib.
Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Kürdəmir şəhər 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova, MKS-nin əməkdaşı Məhinə Şirəliyeva və tarixçi Ağa Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, bu mövzuda sənədlərin yenidən tədqiq edilməsinin, çap olunmasının gələcək nəsillərdə müstəqil dövlətçilik düşüncəsinin artırılmasında mühüm rol oynayacağını vurğulayıblar.
Tədbirin bədii hissəsində məktəblilərin Vətən, bayraq və müstəqillik haqqında söylədikləri şeirlər, musiqi nömrələri maraqla qarşılanıb.
S.Qaliboğlu