Tanınmış yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında lentə alınmış “Dolu” bədii filminin Ağcabədi rayon mərkəzində, Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkünlər qarşısında və Ağdamın Quzanlı qəsəbəsində təqdimatı keçirilib. Tədbirlərdə çıxış edən Aqil Abbas film haqqında məlumat verib, çəkilişdə əməyi olanlara minnətdarlığını bildirib.
   Film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir. Ekran əsərinin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.
   Əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkiliblər.