Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində 28 May - Respublika Gününə həsr olunmuş konsert keçirilib. Baş idarənin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları tədbirdə iştirak ediblər.
Konsertdə məktəbin şagirdlərinin ifasında T.Quliyevin "Bakı haqqında mahnı", Ü.Hacıbəylinin "Arazbarı", C.Cahangirovun "Ana", A.Rzayevin "Düşüncə", Ə.Əzizovun "Skertso", F.Şopenin "İnqilabi etüd", D.Şostakoviçin "Rəqs", P.Sarasatenin "İntroduksiya - Tarantella" əsərləri səsləndirilib.
Sonda məktəbin xalq çalğı alətləri ansamblının müşayiətilə R.Məmmədovun "Yaşa, mənim xalqım" mahnısı səsləndirilib.