Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin birgə təşkilatçılığı ilə Fəvvarələr meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
Konsertdə müğənnilər Yaşar Yusub, Günay İbrahimli, Əbdül Xalid, Leyla Ramazanlı, Aynur Dadaşova, Çinarə Bəkirova, Sami Oruc, Həmidə Hüseyn, Səbinə Əsgərova, Könül Şıxəliyevanın ifaları paytaxtımızın sakinləri və qonaqlarında xoş ovqat yaradıb. Həmçinin "Səma" rəqs ansamblının rəngarəng çıxışları maraqla qarşılanıb.